Modern.az

Avropa Şurasında Fransaya qarşı etiraz

Avropa Şurasında Fransaya qarşı etiraz

Dünya

28 Yanvar 2012, 10:30

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının son iclasında Türkiyənin qurumdakı nümayəndə heyəti “Söz azadlığının məhdudlaşdırılması təhlükəsi” adlı yazılı bəyanat yayıb.

APA-nın Avropa bürosunun məlumatına görə, AŞPA-da təmsil olunan 58 millət vəkili, o cümlədən Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən imzalanan yazılı bəyanatda Fransa Senatının 23 yanvar 2012-ci ildə qəbul etdiyi 229 saylı qanuna təklif layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasında öz əksini tapmış söz və ifadə azadlığına birbaşa zərbə olduğu bildirilir.

Bəyanatda Senatın qəbul etdiyi məlum qanunun fikir azadlığı, fərdi fikirlərin müdafiəsi hüququ, eləcə də müstəqil araşdırma aparma hüquqlarını məhdudlaşdırdığı vurğulanır. Eyni zamanda, qanun layihəsinin Fransa Konstitusiyasına da zidd olduğu bildirilən sənəddə qeyd olunur ki, qədim demokratik ənənələri olan bir ölkədə fundamental insan hüquqlarının pozulması Avropanın nüfuzuna və etibarına güclü zərbə vurur və bu qanun digər üzv ölkələr üçün çox pis bir presedent yarada bilər. Bəyanata imza atmış parlamentrilər Avropanın fundamental dəyərləri üzərindəki bu təhlükədən və onun ciddi nəticələrindən olduqca narahat olduqlarını ifadə ediblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir