Modern.az

Bakı metosunda siqaret çəkən şəxs cərimələndi - FOTO

Bakı metosunda siqaret çəkən şəxs cərimələndi - FOTO

Hadisə

16 İyul 2019, 11:15

Bakı metrosundan istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi məlum olub.

 

DİN və Bakı şəhər Baş Polis İdarəsi rəhbərliyinin göstərişi əsasında Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəıticəsində videogörüntülardəki şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, həmin görüntülərin isə 15 iyul 2019-cu il tarixində “28 May” - “Həzi Aslanov” stansiyaları arasında hərəkət edən vaqonda lentə alındığı məlum olub. Metropolitendən istifadə qayudalarını pozan şəxs saxlanılaraq şöbəyə gətirilib və o, törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu bildirib.

 

Faktla bağlı Ceyhun Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4 - metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə maddəsi ilə protokol tərtib edilib və o, cərimə edilib.

 

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, stansiya ərazilərində olan zaman qarşılaşdıqları qanun pozuntuları və digər xoşagəlməz hallar barədə istənilən vaxt Bakı Metropolitenində Polis Şöbəsinə dərhal məlumat versinlər.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 306.4 maddəsinə görə, eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda tütün çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə əlli manat məbləğində cərimə nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!