Modern.az

AŞ PA-nın fransalı sədri Fransa Senatına qarşı çıxıb

AŞ PA-nın fransalı sədri Fransa Senatına qarşı çıxıb

28 Yanvar 2012, 22:05

Fransada qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanunun qüvvədən düşməsi üçün bu ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək müraciətə Avropa Şurası Parlament Assambleyasının yeni seçilmiş sədri Jan-Klod Minyon da imza atıb.

AzərTAc bildirir ki, qondarma “erməni soyqırımı” ilə bağlı sənədə səs vermədiyini bildirən Jan-Klod Minyon qeyd edib ki, o bu qanunun qüvvədən düşməsi üçün ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək müraciətə imza atan deputatlardandır və AŞPA-nın Azərbaycan ilə əlaqələrinə böyük önəm verir.

Azərbaycanın Avropanın nüfuzlu təşkilatlarından olan AŞPA-da təmsil olunmasından məmnunluğunu bildirən Jan-Klod Minyon vurğulayıb ki, Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı inamın və hörmətin olması sevindiricidir.

AŞPA-nın sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər iki tərəf ilə sıx işləməli olduğunu deyib. O, ilk fürsətdə münaqişənin həlli yollarını tapmaq üçün Azərbaycana və Ermənistana səfər edəcəyini bildirib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı