Modern.az

Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır

Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır

İqtisadiyyat

17 İyul 2019, 20:47

Azərbaycanda banklara əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub.

Modern.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu il iyun ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8622,9 milyon manat təşkil edib.

Əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artıb, xarici valyutada əmanətlər isə təqribən eyni səviyyədə qalıb.

İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya - 1,92 (1,92) manata, 100 rus rubluna isə 2,65 (2,61) manata bərabər olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı