Modern.az

Türkiyənin F-35 proqramında iştirakında problem yaranır

Türkiyənin F-35 proqramında iştirakında problem yaranır

Dünya

18 İyul 2019, 01:00

"Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması onun F-35 proqramında iştirakını mümkünsüz edir".

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Stefani Qrişemin bəyanatında deyilir.

"Təəssüf ki, Türkiyənin Rusiyanın S-400 zenit-raket komplekslərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir. F-35 kəşfiyyat məlumatların toplanması üzrə Rusiya platforması ilə birlikdə mövcud fəaliyyət göstərə bilməz",- deyə bəyanatda bildirilir.

Bundan əlavə qeyd edilir ki, ABŞ Ankaranın S-400 komplekslərini alması ilə bağlı məhdudiyyətlər nəzərə almaqla Türkiyə ilə hərbi sahədə əməkdaşlığını davam etdirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı