Modern.az

Bu 8 iddiaçı Azərbaycanı «Evrovision-2012»də təmsil etmək istəyir – SİYAHI+FOTO

Bu 8 iddiaçı Azərbaycanı «Evrovision-2012»də təmsil etmək istəyir – SİYAHI+FOTO

Reportaj

29 Yanvar 2012, 13:23

Azərbaycanı «Evrovision-2012» Mahnı Müsabiqəsində təmsil etmək istəyən iddiaçıların seçimində yarımfinaldək olan mərhələ başa çatdı. Beləliklə 72 iştirakçıdan 8 iddiaçı yarımfinala çıxıb.

Beləliklə artıq bütün 8 nəfər yarımfinal iştirakçısı məlumdur. Yarımfinalda Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan 1 nəfər iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Modern.az 8 yarımfinalçı barədə məlumatları təqdim edir.

Orxan Kərimli

4 oktyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta musiqi təhsili var, özəl vokal dərsləri alıb. Milli Seçim turunun 1-ci həftəsinin qalibidir.

 

Məryəm  Kərimova

8 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. Milli Seçim turunun 2-ci həftəsinin qalibidir.

 

Xəyyam Mustafazadə

2 dekabr 1989-cu ildə  Gürcüstan Respublikasında anadan olub. 2011-ci ildə “Azəri Star” müsabiqəsində 2-ci yeri əldə edib. Milli Seçim turunun 3-cü həftəsinin qalibidir.

 

Fəqani Səfərov

2 dekabr 1989-cu ildə  Gürcüstan Respublikasında anadan olub. 2011-ci ildə “Azəri Star” müsabiqəsində 2-ci yeri əldə edib. Milli Seçim turunun 4-cü həftəsinin qalibidir. 

Elton İbrahimov

3 noyabr 1994-cü ildə Rusiya Federasiyasında anadan olub. 2011-ci ildə Moskvada keçirilən “Зажги свою Звезду” müsabiqəsində 2-ci, Barnaulda keçirilən “Мистер шлягер”  yarışmasında isə 1-ci yeri əldə edib. Milli Seçim turunun 5-ci həftəsinin qalibidir.
 
 

Adil Baxışlı

3 yanvar 1989-cu ildə anadan olub.  Konservatoriya nəzdində musiqi kollecinin vokal şöbəsində təhsil alıb. 2009- cu ildə “Next” qrupunda çalışıb, daha sonra solo karyerasına başlayıb.
Milli Seçim turunun 6-cı həftəsinin qalibidir.

Səbina Babayeva

2 dekabr 1979-cu ildə anadan olub. Asəf  Zeynallı adına musiqi kollecini bitirib. 2009-cu ildə  Latviyada keçirilən “Amberstar”, 2009-cu ildə isə Moskvadakı “Slavyan Ulduzu” nda  “Gran Pri” mükafatına layiq görülüb.
 Milli Seçim turunun7-ci həftəsinin qalibidir.

Arzu İsmayılova

Milli Seçim turunun 8-ci həftəsinin qalibidir.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü