Modern.az

Paşinyanın doğulduğu rayonda polisə hücum: 13 nəfər saxlanıldı

Paşinyanın doğulduğu rayonda polisə hücum: 13 nəfər saxlanıldı

Dünya

18 İyul 2019, 12:19

Ermənistan İcevan rayonunda polislə yerli sakinlər arasında toqquşmaya görə 13 nəfər saxlanılıb.

 

 Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar polisə müqavimət göstərməkdə və xuliqanlıqda ittiham olunurlar. Saxlanılan 13 nəfərlə yanaşı, daha 6 nəfər barəsində şəhərdən çıxmamaq barədə iltizam alınıb.

 

İyulun 17-si gecə saatlarında sakinlər yolu kəsərək, ağac kəsimi üçün icazə tələb ediblər. Polislə toqquşmaya girən etirazçılar 10-dan artıq polisi yaralayıblar.  

Xatırladaq ki, Nikol Paşinyan əslən, İcevan rayonundandır.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar