Modern.az

Rusiyada yaşayan hər 5 azərbaycanlıdan 1-i doğma dilini bilmir - PROBLEM

Rusiyada yaşayan hər 5 azərbaycanlıdan 1-i doğma dilini bilmir - PROBLEM

18 İyul 2019, 13:09

Azərbaycan dili Rusiyada ən geniş yayılmış 15 xarici dildən biridir.

 

Modern.az Rusiyanın “Promt” şirkətinə istinadən xəbər verir ki, siyahıda Azərbaycan dili 473 min daşıyıcı ilə 14-cü pillədə qərarlaşıb.

 

Təəssüf doğurucu fakt ondan ibarətdir ki, rəsmi məlumata görə, Rusiya Federasiyasında 603 min Azərbaycan mənşəli vətəndaş yaşasa da, onlardan yalnız 473 min nəfəri yəni 78%-nin azərbaycanca danışır. Beləliklə, demək olar hər 5 azərbaycanlıdan 1-i Rusiyada ana dilində danışa bilmir.

 

Rusiya sakinlərinin 137,5 milyon nəfəri rusca, 7 milyonu ingiliscə, 4 milyonu tatarca, 2 milyonu almanca və 1,3 milyonu çeçen dilində danışa bilir. Ən çox yayılan dillər arasında başqırd dili (1,152 milyon), ukrayna dilində (1,129 milyon), çuvaş dilində (1,01 milyon), avarca (715 min), ermənicə (660 min), kabarda-balkar dilində (500 min), darqin dilində (485 min) və osetincə (451 min nəfər) danışır.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər