Modern.az

Elmar Hüseynovun ailəsindən xəbər yoxdur

Elmar Hüseynovun ailəsindən xəbər yoxdur

Media

18 İyul 2019, 13:20

Həyat yoldaşı Elmar Hüseynovun dostları ilə əlaqələrini kəsib.

 

Bu barədə Modern.az-a "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev məlumat verib. O bildirib ki, mərhum jurnalistin dostları onun ailəsi ilə dəfələrlə əlaqə yaratmağa çalışıb:

 

“Elmar Hüseynovun ailəsi 2006-cı ildə Norveçə köçüb. Həmin vaxtdan onun həyat yoldaşı və oğlu ilə əlaqəmiz yoxdur. Dəfələrlə təşəbbüs göstərib, əlaqə yaratmağa cəhd etdik. Sadəcə onlar uzaqlaşıb, Azərbaycanla əlaqə saxlamaq istəmirlər. Bilirik ki, Elmarın oğlu və həyat yoldaşı Norveçdədir, halbuki necə yaşayırlar, durumları yaxşıdır, ya pisdir - heç nə bilmirik”.

 

Xatırladaq ki, Elmar Hüseynov "Monitor" jurnalının yaradıcısı və baş redaktoru olub. 2005-ci ilin martında Elmar Hüseynov qətlə yetirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?