Modern.az

“Neftçi” AvroLiqanın II təsnifat mərhələsində 

 “Neftçi” AvroLiqanın II təsnifat mərhələsində 

18 İyul 2019, 22:53

Bakının “Neftçi” klubu Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib.

Modern.az  xəbər  verir ki,  Azərbaycanın ən titullu klubu I təsnifat mərhələsində Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb. Oyun “Neftçi”nin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın heyətində 19-cu dəqiqədə Vanqelis Platellas, 24-cü dəqiqədə Emin Mahmudov, 40-cı dəqiqədə Vanqelis Platellas,  43-cü dəqiqədə Dario Frederiko, 68-ci dəqiqədə Stiven Jozef-Monroz, 78-ci dəqiqədə isə İsmayıl Zülfüqarlı fərqlənib.

Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 25-də Tula şəhərində, cavab matçı avqustun 1-də Bakıda keçiriləcək.



***

“Neftçi”  “Speranta” oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, “Neftçi” oyunun 18-ci dəqiqəsində rəqibi meydanın mərkəzinə dəvət edib: 1:0

***

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları çərçivəsində Bakının “Neftçi” klubu doğma meydanda “Speranta” ilə üz-üzə gəlir.

Modern.az xəbər verir ki, Roberto Bordinin yetirmələri rəqib meydanında 3:0 hesabı ilə məğlub etdiyi Moldova təmsilçisi ilə görüşdə azarkeşlərini sevindirməyə çalışır.

Topaz Premyer Liqasının gümüş mükafatçısı mövsümün ilk ev oyununu “Bakcell Arena”da keçirir. “Ağ-qaralar”ın görüşündə möcüzə baş verməsə, bakılılar II təsnifat mərhələsində Rusiya “Arsenal”ı ilə qarşılaşacaq.


Qeyd edək ki, ilk oyun “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir