Modern.az

İran Xəzərə hərbi gəmilər buraxacaq

İran Xəzərə hərbi gəmilər buraxacaq

Dünya

18 İyul 2019, 21:33

Bu ilin sonuna kimi İranın sərhəd qoşunlarına cənub və şimalda, o cümlədən Xəzər dənizində 9 ədəd yarımağır gəmi təhvil veriləcək.

Modern.az  "Trend"ə istinadən xəbər verir ki, bunu İranın Sərhəd Qoşunları komandanı general-mayor Qasım Rzayi deyib.

Q.Rzayinin sözlərinə görə, gəmilər İranın şimal-şərqində Gülüstan vilayətinin sərhəd qoşunlarına da təhvil veriləcək.

Komandan onu da əlavə edib ki, İran və Türkmənistan arasında münasibətlərin inkişaf etdirilməsi üçün iki ölkənin sərhəd qoşunları komandanları arasında görüşlər təşkil edilməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir