Modern.az

Xəzərdə 19 yaşlı gənc boğuldu

Xəzərdə 19 yaşlı gənc boğuldu

19 İyul 2019, 00:54

Xəzər dənizində, qeyri-çimərlik ərazidə bir nəfər çimərkən boğulub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik ərazidə bir nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2000-ci il təvəllüdlü Abbasov Sadiq Vüqar oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü