Modern.az

Moskva-Yerevan reysində insident: 2 nəfər xəstəxanaya düşdü

Moskva-Yerevan reysində insident: 2 nəfər xəstəxanaya düşdü

Dünya

19 İyul 2019, 12:48

Moskvadan Yerevana uçmalı olan Boeing 737 təyyarəsində problemlər yaranıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hidravlik yağın təyyarənin kondisioner sisteminə düşməni nəticəsində təyyarədə tüstülənmə yaşanıb.

 

“Nordvind” şirkətinə məxsus təyyarənin pilotları uçuşu təxirə salmalı olublar. Bu zaman təyyarədən düşməyə çalışan sərnişinlər arasında basabas yanaşıb. Nəticədə 9 nəfər xəsarət alıb, onlardan 2-si xəstəxanaya düşüb.

 

Təyyarənin göyərtəsində olan 173 sərnişin və 6 ekipaj üzvü başqa təyyarə ilə Yerevana gönədrilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı