Modern.az

Mərakeşdə turistləri öldürən İŞİD-çilər edam ediləcək

Mərakeşdə turistləri öldürən İŞİD-çilər edam ediləcək

Dünya

19 İyul 2019, 17:44

Mərakeşdə skandinaviyalı turistlərə təcavüz edərək, vəhşicəsinə qətlə yetirən üç cinayətkar İŞİD tərəfdarı edama məhkum edilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ilin sonlarında 24 yaşlı danimarkalı Luiza Vesterager Jespersen və 28 yaşlı Norveçli turist Maren Uelandı başlarını kəsərək, qətlə yetirən 3 mərakeşli edam ediləcək.

 

Ötən il dekabrın 17-də Atlas dağlarında başları kəsilmiş vəziyyətdə tapılan iki gənc qadının vəhşicəsinə qətlə yetirilməsi bütün dünyanın hiddətinə səbəb oldu.

 

Cinayətkarlardan birinin mobil telefonla çəkdiyi qətlin törədilməsini əks etdirən video internetdə yayıldı. Bundan imza kampaniyası başladıldı və Mərakeş hökumətindən cinayətkarlar Abdessamad Ejjoud, Younes Ouaziyad və Rachid Afattinin edam edilməsi tələb olundu.

 

Qeyd edək ki, cinayətkarlar məhkəmə zamanı İŞİD-i dəstəklədiklərini etiraf etmişdilər.

 

Xatırladaq ki, Mərakeşdə 1993-cü ildən bəri edam cəzaları icra edilmir. Buna rəğmən, xeyli mərakeşli sözügedən imza kampaniyasına qoşulub. Cinayətkarlar barəsində verilən edam qərarı icra edildiyi təqdirdə bu ölkədə 26 ildən sonra ilk edam olacak.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür