Modern.az

İran Hörmuz boğazında Britaniya tankerini saxladı

İran Hörmuz boğazında Britaniya tankerini saxladı

Dünya

19 İyul 2019, 22:47

İran Böyük Britaniyanın neft tankerini Hörmuz boğazında saxlayıb.

Modern.az  APA-ya ostinadən  xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlayıb.

SEPAH yayımladığı bəyanatda bidlirir ki, Britaniya gəmisi İran dənizçilik və limanlar təşkilatının istəyi ilə SEPAH qüvvələrinin iştirakı ilə saxlanılıb və İran sahilinə gətirilib. Gəminin saxlanılmasına dair qanuni prosedur tamamlandıqdan sonra gəmi İran gəmiçilik və limanlar təşkilatına təhvil verilib.

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniya İranın neft tankerini saxlayaraq sanksiya rejimini pozmaqda ittiham edib. Ötən həftə İranın Ali dini rəhbəri Böyük Britaniyanın hərəkətinin cavabsız qalmayacağını bəyan etmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir