Modern.az

Nursultan Nazarbayev yeni təşəbbüslə çıxış edib

Nursultan Nazarbayev yeni təşəbbüslə çıxış edib

22 Dekabr 2009, 13:23

Qazaxıstan 2010-cu ildə ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammitinin keçirilməsinə təşəbbüs göstərir. Modern.az-ın “İnterfaks” a istinadən yaydığı məlumata görə, bu barədə prezident Nursultan Nazarbayev bildirib.

“ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti gələn ilin ortalarında Qazaxıstanda keçiriləcək”-deyə N.Nazarbayev bu gün Astanada akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib.

Nazarbayev əlavə edib ki, Qazaxıstan gələn il dövlət başçıları səviyyəsində ATƏT sammitinin keçirilməsi ideyasından imtina etmir. N.Nazarbayev xatırladıb ki, sonuncu belə sammiti 1999-cu ildə İstanbulda keçirilib.

“Zənnimcə, hazırda dünyada baş verənlərə, yeni çağırışlara qiymət verməyə, gələcəkdə bu çağırışlara qarşı mübarizədə bizim birgə tədbirlərimizi dövlətlərimiz tərəfindən müəyyən etməyə zərurut yaranıb. 10 ildə çox şey dəyişib. Hətta bu məqsədlə də toplaşmaq olardı. Bir çox dövlətlər bu təşəbbüsü  dəstəkləyir və ümid edirik ki, bunun üzərində işləyəcəyik”-deyə prezident qeyd edib.

Qeyd edək ki, Qazaxıstan 2010-cu ildə ATƏT-də sədrlik edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub