ABŞ-da anomal istilər 6 nəfərin həyatına son qoyub.
Modern.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkə ərazisinin əksər hissəsində havanın hərarəti 32 dərəcədən 37,8 dərəcəyə çatır. Yüksək temperatur Merilend ştatında 4 nəfərin həyatına son qoyub.
Bununla yanaşı, Arizona və Arkanzas ştatlarının hər birində daha 2 nəfər anomal istilərin qurbanı olub.
Nyu-York şəhərində də termometrlərin göstəriciləri 30 dərəcədən yüksək olub. Bu səbəbdən ekstremal istilərlə bağlı "fövqəladə vəziyyət" elan edilib.