Modern.az

İran səfiri: “Azərbaycanın əlində sübut varsa, bizə təqdim etsin...”

İran səfiri: “Azərbaycanın əlində sübut varsa, bizə təqdim etsin...”

30 Yanvar 2012, 17:00

İranın Rusiyadakı səfiri Seyid Reza Səcdadi Azərbaycanın rəsmi dövlət saytlarına hücumla bağlı rəsmi Tehrana yönəlik ittihamalara münasibətini açıqlayıb. Modern.az bildirir ki, səfir Reza Secdadi bu ittihamları qəbul etmədiklərini bildirib.
“Biz bu ittihamları rədd edirik. Ola bilsin ki, bunu ayrı-ayrı adamlar ediblər. Hesab edirik ki, internet məkanı sağlam olmalıdır. Əgər azərbaycanlılarda bu hücumun İranın təşkil etdiyi barədə təkzibolunmaz dəlillər və sübutlar varsa, bizə müraciət etsin. Biz bu məsələni araşdırarıq”-deyə səfir vurğulayıb.

İran –Azərbaycan və Türkiyə-İran əlaqələrinə toxunan Səcdadi iki ölkə arasında münasibətlərin yaxşı olduğunu deyib. “Türkiyə və Azərbaycan bizim qonşularımızdır. Bu ölkələrlə bizi tarixi münasibətlər bağlayır. Düzdür, arada bəzən mübahisə doğuracaq hadisələr baş verir. Ancaq əsas odur ki, bu anlaşılmamazlığı vaxtında yoluna qoyasan”-deyə səfir vurğulayıb.

Regionda son vəziyyətə toxunan səfir xarici ölkələrin hərbi qüvvələrinin bölgədə olmasını sülhə təhlükə yaradığını deyib. Müharibə təhlükəsinin onları qorxutmadığını bildirən Səcdadi qeyd edib ki, “İran keçmişdə də sübut edib ki, özünün şərəfini qorumaq üçün hər şeyə hazırdır”.

“Hesab edirik ki, əgər ABŞ-da ağıllı siyasətçilər varsa, onlar Əfqanıstan və İraqdakı məğlubiyyətlərindən nəticə çıxarmalıdırlar”-deyə səfir əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub