Modern.az

Lalə Şövkət Leyla Yunusu təkzib edir

Lalə Şövkət Leyla Yunusu təkzib edir

24 İyul 2019, 09:22

Azərbaycan Liberal Partiyası (ALP) Avropada yaşayan hüquq müdafiəçisi Leyla Yunusun Lalə Şövkətlə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

 

ALP sədri Əvəz Temirxan Modern.az saytına açıqlamasında deyib ki, o, partiyanın lideri Lalə Şövkətin belə müsahibəsinə rast gəlməyib.

 

“Lalə xanımla 28 ildir ki, bir yerdə çalışıram. Əgər elə bir söhbət olubsa, o zaman Leyla Yunus həmin müsahibənin getdiyi qəzeti,  nömrəsini tarixini göstərməli idi”-deyə Ə.Temirxan söyləyib.

 

Partiya sədri bildirib ki, Leyla Yunusun Lalə Şövkətə istinad etməsi belə, fikirlərinin doğruluğunu sübut etmir.

 

Qeyd edək ki, Leyla Yunusun Sevinc Osmanqızına verdiyi müsahibə qalmaqala səbəb olub.

Belə ki, onun mərhum eks prezident Əbülfəz Elçibəyi KQB “agenti” adlandırması birmənalı qarşılanmayıb.

 

Xanım hüquq müdafiəçisi növbəti qalmaqallı açıqlamasının əsasını ALP lideri Lalə Şövkətdən gətirdiyi sitatla qoyub:

 

“Lalə Şövkətin dediyini olduğu kimi sitat gətirəcəyəm. O deyirdi ki, Ayaz Mütəllibov hakimiyyətdən gedəndən sonra Heydər Əliyev mənə Naxçıvandan zəng elədi və dedi ki, onda olan məlumata görə, Elçibəy prezidentliyə namizədliyini irəli sürəcək. Mən Moskvadan Bakıya gəldim, Elçibəydən soruşdum ki, bu doğrudurmu? Elçibəy and içdi ki, prezidentliyə namizədliyini irəli sürməyəcək. Prezident yeri Heydər Əliyevə məxsusdur. O zaman qanun var idi ki, 65 yaşdan yuxarı olan vətəndaşlar Azərbaycanın prezidenti ola bilməz...

 

Elçibəy hakimiyyəti ələ keçirdi, sonra uyğun vaxtda onu Heydər Əliyevə ötürdü. 1992-1993-cü illərdə Heydər Əliyev minimum 2 dəfə Bakıya gəlmişdi. O, Elçibəyi təlimatlandırırdı...”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir