Modern.az

Qarabağda erməni əsgər giziri güllələyib, daha sonra intihar edib - YENİLƏNİB

Qarabağda erməni əsgər giziri güllələyib, daha sonra intihar edib - YENİLƏNİB

24 İyul 2019, 11:13

 Ermənistan İstintaq Komitəsi hadisə barədə açıqlama yayıb.

 

Komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Naira Arutyunyan “Facebook” səhifəsində yazıb ki, 2019-cu il iyulun 23-də N saylı hərbi hissənin sıravi əsgəri Volodya Qaloyan döyüş postunda xidmət etdiyi hərbi hissənin baş gizirini öldürmək istəyib. V.Qaloyan “AK-74” markalı tabel avtomat silahdan baş gizirə bilərəkdən atəş açıb: “Ancaq ondan asılı olmayan səbəbdən cinayətini başa çatdıra bilməyib”.

Onun sözlərinə görə, V.Qaloyan avtomatını götürərək ərazinin tərk edib: “İyulun 24-də səhər 04.20-də onun meyiti müşahidə məntəqəsindən 50 metr aralı alt çənə nahiyəsindən yaralanmış halda aşkarlanıb. Avtomatı da meyitin yanında olub”.

 

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

 

***

Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində erməni hərbçi ölüb.

Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, iyulun 23-dən 24-nə keçən gecə Qarabağda qoşunların təmas xəttinin cənub sahələrinin birində 2000-ci il təvəllüdlü Volodya Hamletoviç Qaloyan qeyri-müəyyən şəraitdə odlu silahdan açılan atəş nəticəsində yaralanıb, daha sonra ölüb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu