Modern.az

ABŞ Senatı Mark Esperin müdafiə naziri təyinatını təsdiqlədi  

ABŞ Senatı Mark Esperin müdafiə naziri təyinatını təsdiqlədi  

24 İyul 2019, 11:27

ABŞ Senatı Mark Esperin müdafiə naziri təyinatını təsdiq edib. 

 

Bu haqda Modern.az CNN telekanalının saytına istinadla xəbər verir.

 

Ötən ilin dekabrında Prezident Donald Trampla fikir ayrılığı səbəbindən Ceyms Mattisin istefasından sonra Pentaqonda uzun müddət daimi rəhbər olmayıb. Yeni Müdafiə nazirin namizədliyi Senatın 90 üzvü tərəfindən dəstəklənib, 8 senator isə onun əleyhinə səs verib.

 

Mark Esper ordu veteranıdır və uzun müddət ordunun təchizatı ilə məşğul olan Raytheon”s şirkətinin vitse-prezidenti olub. Müdafiə nazirinin vəzifələrini icra edən Petrik Şenahan isə şəxsi problemlərlə əlaqədar bu vəzifədən gedib. Washington Post onun ailəsində zorakılıq halları ilə bağlı xəbər dərc etmişdi.

 

Donald Tramp daha bir sərəncamı ilə Devid Norquisti Müdafiə nazirinin müavini təyin edib və Senat bu təyinatı da təsdiq etməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir