Modern.az

Jurnalist Səbuhi Məmmədli imzasını dəyişdi

Jurnalist Səbuhi Məmmədli imzasını dəyişdi

24 İyul 2019, 11:52

Hazırda Lent.az saytının əməkdaşı olan Səbuhi Məmmədli sonuncu "Qan içində sevgi, 27 illik həsrət, “məni öldür, get...” – FİLM KİMİ HEKAYƏT" yazısında imzası Səbuhi Sədəf kimi gedib.

 

Xatırladaq ki, iki gün əvvəl Səbuhi Məmmədli öz facebook səhifəsində belə bir status paylaşmışdı: «Mətbuata 1992-də, "525" də gəldim. Rəşad Məcidin qəzetin ilk nömrəsindəki çağırışıyla. Yusif Rzayev ilk dəfə necə və nə cür yazmağı öyrətdi. Mehman Cavadoğlu başqa bir məktəb oldu. Və mən Səbuhi Məmmədli oldum . Sabahdan isə Səbuhi Məmmədli deyiləm bir imza kimi. Gözləyin, Səbuhi Sədəf. Və elə bir həyat hekayəsiylə ki...Beləsini oxumadınız... Lent.az-da. Elə fərqimiz də budur... Gözləyin. Azı bir həftə bizimlə qalmağa məcbur olacaqsız. Bu, film deyil. Qandonduran bir HEKAYƏ. Xoş gəldin imzam, qızım. Sevgim mənim. Xoş gəldin Səbuhi Sədəf...

 

Modern.az-ın əməkdaşı jurnalistlə əlaqə saxlayaraq Səbuhi Sədəf imzasının müvəqqəti ya daimi olacağı ilə maraqlanıb.

 

Həmkarımızın dediyinə görə, bu imza jurnalist fəaliyyəti boyunca sonacan onu müşaiyət edəcək.

“Bu imzayla ilk yazım yayımlandı. Necə deyərlər xeyirli olsun. Bəlkə nə vaxtsa mətbuatda Sədəf Səbuhi imzası da parlayacaq” deyə o, bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı