Modern.az

““KQB” Ermənistanda və Qarabağda separatçıları həbs etsəydi, SSRİ dağılmazdı” - Xasbulatov

““KQB” Ermənistanda və Qarabağda separatçıları həbs etsəydi, SSRİ dağılmazdı” - Xasbulatov

Qarabağ

24 İyul 2019, 14:09

“SSRi-yə ən güclü zərbəni ermənilər vurdular. Onlar başqa əraziləri işğal etməyə başlamaqla açıq silahlı konflikt yaratdılar”.

 

Modern.az saytının xəbərinə görə, bunu haqqın.az-a müsahibəsində Rusiya Federasiya Şurasının keçmiş sədri Ruslan Xasbulatov bildirib.

 

O bildirib ki, ermənilərin silahlı münaqişə yaratmasından sonra bütün dünya SSRİ-də mərkəzi hakimiyyətin zəiflədiyini gördü.

R.Xasbulatov o zamankı Dövlət Təhlükəsizlik Komitəsinin (“KQB) münaqişənin həlli ilə məşğul olmamasına da diqqət çəkib.

“Dövlət Təhlükəsizlik Komitəsi, Mixail Qorbaçovun gösətirşlərini gözləmədən bu işə əncam çəkməli idi. Ona görə ki, dövlətin müdafiəsi bu strukturun funksiyası idi”-deyə R.Xasbulatov bildirib.

 

O deyib ki, “KQB” Ermənistanda və Qarabağda olan o vaxtkı rəhbərliyi, təhrikçiləri həbs etməklə qan tökülməsini dayandırmalı idi.

 

“SSRİ Qafqazdan dağılmağa başladı. Qarabağda müharibə başlayanda, Baltikyanı ölkələr də gördü ki, kimsə bunun qarşısını almağa təşəbbüs göstərmir. Buna görə, onlar da öz müstəqillikləri məsələsini ortaya atdılar. Mən o zaman SSRİ Nazirlər Şurasının sədri Rıjkovdan soruşdum ki,  Azərbaycan və Ermənistan arasında münaqişənin yaranmasına görə günahkarlar niyə cəzaladırılmır? O da dedi ki, məsələ ilə Volski məşğul olur”-R.Xasbulatov əlavə edib.

 

R.Xasbulatov söyləyib ki, həmin vaxt separatçılar həbs edilməli idilər.

 

“Əgər Ermənistanı dəmir əllə idarə etsəydilər, bu zaman qurbanlar olmazdı. “KQB” Konstitusiyanın tələblərini yerinə yetirsə idi, SSRİ dağılmazdı”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir