Modern.az

Fəxrəddin Muxtarov Ukrayna parlamentinə deputat seçilməyib - AÇIQLAMA

Fəxrəddin Muxtarov Ukrayna parlamentinə deputat seçilməyib - AÇIQLAMA

24 İyul 2019, 16:38

İyulun 21-də  Ukraynada  növbədənkənar parlament seçkiləri keçirilib.  

 

Həmin ərəfədə azərbaycanlı Fəxrəddin Muxtarovun  Ukrayna Ali Radasının deputatı seçilməsi barədə mətbuat səhifələrində xəbərlər də tirajlandı. Lakin azərbaycanlı deputatın Ali Radaya deputat seçilmədiyi bildirildi.

Maraqlıdır, əslində həmyerlimiz Fəxrəddin Muxtarovla bağlı reallıq nədən ibarətdir?

 

Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev Modern.az-a açıqlamasında Fəxrəddin Muxtarov barəsində  yayılan xəbərlərə aydınlıq gətirib:

 

“İyulun 21-i  Ali Radaya seçkilər keçirildi. Nəzərə alsaq ki, protokolların bir hissəsi sayılmışdı, ancaq iyulun 22-si səhər saat 12-yə qədər reytinqdə Fəxrəddin Muxtarovun səs faizləri daha çox idi. Həm Exit-pollar, həm də protokollar Muxtarovun 4 % səslə irəlidə olduğunu göstərirdi. Ancaq günortadan başlayaraq müəyyən dəyişikliklər baş verdi. Get-gedə Muxtarovun səs faizləri azlamağa başladı”.

 

Rövşən Tağıyev  Muxtarova qarşı aparılan çirkin kampaniyanın mövcudluğundan da söz açıb:

 

“Onu da deyim ki, son vaxtlar Muxtarova qarşı çox çirkin kampaniya aparılırdı. Hətta ortada din söhbəti də edilirdi. Kilsənin üzərində plakatlarda Muxtarovun müsəlman olması ilə bağlı sözlər də yazmışdılar. Ən vacib məsələlərdən biri odur ki, guya kiçik kənddə Fəxrəddin Muxtarova 7 səs verilib. Hansı ki, on minlərlə insan çıxış edərək Muxtarova səs verdiklərini deyib. Real stuasiya verilən rəqəmlərdən fərqlidir.

 

Fəxrəddin  Muxtarov 9 ilin içində 2 dəfə deputat olub.  Bundan əvvəl Dnepr vilayəti və Poltova vilayətinin deputatı olub. Həm Azərbaycan diasporu, həm də əhali arasında böyük nüfuzu var. Real olaraq böyük işlər görüb. Hər bir kənddə, hər bir rayonda klublar, məktəblər, uşaq bağçaları, idman zallarının təmirində, tikintisində iştirak edib. Fəxrəddin Muxtarov hər bir insanın problemini tək-tək dinləyən insandır. Bunu hər adam bacarmır”.

 

Assambleya sədri azərbaycanlı namizədin deputat seçilməsi üçün çalışdıqlarını da qeyd edib:

 

“Hələ məsələ yekunlaşmayıb. Müəyyən sahələr var ki, orada səslər hesablanmayıb. Bu məsələ bizim nəzarətimizdədir. Dövlət orqanlarına müraciət etmişəm. Çalışacağıq ki, məhkəmə vasitəsilə həmin bölgədə yenidən parlament seçkiləri keçirilsin.

 

Yüz faiz əminik ki, Fəxrəddin Muxtarovun səsləri o bölgədə namizdəliyini verənlərdən daha çoxdur. Hesab edirəm ki, azərbaycanlı olaraq bu prosesdə fəal olmalıyıq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır