Modern.az

Polis rəisinin axtarışı davam edir

Polis rəisinin axtarışı davam edir

24 İyul 2019, 20:19

Ermənistanın keçmiş daxili işlər naziri Vano Siradeqyanın polis tərəfindən axtarışları davam etdirilir.

Modern.az  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın polis rəisi Valeri Osipyan məlumat verib.

V.Siradeqyan hələ Levon Ter-Petrosyanın prezidentliyi dövründə hüquq-mühafizə orqanlarının diqqətini özünə cəlb edib. 1997-ci ildə Ermənistanın Baş Prokurorluğu onun bir sıra qətllərdə, adam oğurluğunda, 1992-1994-cü illərdə Daxili İşlər Nazirliyinin bəzi yüksək vəzifəli şəxslərinin öldürülməsində əli olduğu qənaətinə gəlib. 1998-ci ildə istintaq işləri nəticəsində məlum olub ki, bütün sifarişli qətllər və adam oğurluqları V.Siradeqyanın tapşırığı ilə həyata keçirilib. O, 1999-cu ildə Ermənistandan qaçıb.

Qeyd edək ki, V.Siradeqyan 1992-1996-cı illərdə daxili işlər naziri, 1996-1998-ci illərdə Yerevanın meri, 1998-1999-cu illərdə deputat olub. 2000-2008-ci ildən beynəlxalq axtarışa verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi