Modern.az

Ankarada Belarus diplomatı güllələndi

Ankarada Belarus diplomatı güllələndi

Dünya

24 İyul 2019, 23:27

Ankaranın Çankaya bölgəsində güllələnmə faktı qeydə alınıb.

Modern.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Belarus səfirliyinin inzibati işlər müşaviri Aleksandr Poqanşev türk qonşusu tərəfindən güllələnib.

İki güllə yarası alan Poqanşev ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, diplomatı güllələyən təqaüddə olan hərbçi olub. Onun hadisədən sonra atəş açdığı silahla özünü öldürdüyü bildirilir.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar