Modern.az

Lalə Şövkətin sözünə ehtiyac duyulsa, mətbuatda görünəcək

Lalə Şövkətin sözünə ehtiyac duyulsa, mətbuatda görünəcək

25 İyul 2019, 09:01

Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət uzun müddətdir ki, ictimaiyyət arasında görünmür. Artıq cəmiyyətdə belə bir fikir formalaşıb ki, Lalə Şövkət səhhətində yaranan problemlə bağlı mətbuata görünə bilmir.

 

Bu məsələyə aydınlıq gətirmək üçün Lalə Şövkətin yaxın silahdaşı, ALP sədri Əvəz Temirxan Modern.az-a danışıb.

 

Ə.Temirxan deyib ki, o, Lalə Şövkətlə dünən axşam telefonla əlaqə saxlayıb və onun səhhətində heç bir problem yoxdur.

 

Partiya sədri qeyd edib ki, Lalə Şövkətin mətbuata böyük hörməti olsa da, KİV-lərdə az-az görünür. Yaxın zamanlarda Lalə xanımın mətbuata görünmə ehtimalı ilə bağlı sualımızı isə Əvəz Temirxan belə cavablandırdı:

 

“Ölkədə qəfil elə bir fövqəladə hadisə baş verə bilər ki, Lalə Şövkətin sözünə böyük ehtiyac duyular və o mətbuatda öz sözünü deyər. Ona görə də “mətbuata görünməyəcək” demək olmaz”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir