Modern.az

Anarı yenidən Yazıçılar Birliyinin sədri seçəcəyik – Rəşad Məcid

Anarı yenidən Yazıçılar Birliyinin sədri seçəcəyik – Rəşad Məcid

25 İyul 2019, 11:12

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti  qurultayının vaxtı hələlik dəqiq deyil. Güman  ki, qurultay ya bu ilin sonları,  ya da gələn ilin martında  baş keçirilsin”.

 

Bunu Modern.az-a  açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

 

Onun sözlərinə  görə,  bu barədə məlumat növbəti aylarda dəqiqləşəcək.

 

AYB-nin katibi Rəşad Məcid isə qurumun hazırkı sədri Anarın namizədliyi barədə maraqlı fikir səsləndirib.

 

“AYB-nin namizədi Anar müəllimdir. Anar müəllimi seçəcəyik və yenə də AYB-nin sədri kimi işinə davam edəcək”

 

Qeyd edək ki, bir müddət əvvəl  AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev növbəti qurultayın 2020-ci ilin martında keçiriləcəyini bildirmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi