Modern.az

Paşinyanın valideynlərinə TƏHLÜKƏ

Paşinyanın valideynlərinə TƏHLÜKƏ

Dünya

25 İyul 2019, 12:09

Ermənistanın şimalındakı İcevanda (Tavuş vilayəti), ölkənin baş naziri Nikol Paşinyanın valideynlərinin yaşadıqları evin yaxınlığında polis postu qurulub.

 

Modern.az-ın xəbərinə görə, bu haqda "Jamanak" qəzetinin yaydığı məlumatda bildirilib.

 

“Sputnik Ermənistan” isə yazır ki, belə bir qərar ötən həftə İcevandakı iğtişaşlardan, bir neçə yüz vətəndaşın meşələrin kəsilməsinə və ağac ixracına icazə tələbi ilə Gürcüstana gedən dövlətlərarası yolu bağlamasından sonra verilib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları ondan ehtiyat edirlər ki, hökumətdən narazı qalan İcevan sakinləri bunun qisasını baş nazirin valideynlərindən almaq fikrinə düşə bilərlər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır