Modern.az

Türkiyəli iş adamlarının Azərbaycana axını güclənəcək

Türkiyəli iş adamlarının Azərbaycana axını güclənəcək

25 İyul 2019, 14:53

Azərbaycanla Türkiyə arasında viza ləğv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 1 sentyabrdan Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər.

 

Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

Azərbaycanın Türkiyə vətəndaşları üçü vizanı ləğv etməsi ölkəyə nə kimi təsir göstərəcək?

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a deyib ki, viza ləğvi çox doğru bir qərar oldu.

 

“Türkiyə bizimlə hardasa 15 il bundan qabaq viza sistemini ləğv edib. İndi isə Türkiyə vətəndaşlarının sərbəst şəkildə Azərbaycana  gəlməsinə şərait yarandı. Biz qardaş ölkəyik və bir-birimizi beynəlxalq platformalarda müdafiə edirik. Bizim tarixi və etnik bağlarımız da çox güclüdür”.

Ekspertin sözlərinə görə, Türkiyə tərəfindən hər zaman suallar yaranırdı ki, niyə Azərbaycan viza sitemini  ləğv etmir.

 

N.Cəfərli viza ləğvinin iqtisadiyyata müsbət təsirindən də söz açıb:

 

“Bu verilmiş qərar ən azından anlaşılmazlığın da aradan qaldırılmasında mühüm rol oynayacaq. Bu həm siyasi,  həm də mədəni tərəfdən xeyirlidir.

 

İqtisadi tərəfdən də müsbət məqamlar olacaq. Viza səbəbindən türk vətəndaşları ölkəyə gəlməkdən müəyyən dərəcədə çəkinirdilər. Viza ilə müraciət etmək, ödəniş etmək və cavab gözləmək, zaman itkisinə yol vermək istəmirdilər.

 

Bunun turist axınına da çox böyük təsiri olacaq.İş adamlarına da  rahat bir şərait yaranacaq.

 

Çünki hər dəfə gəlmək üçün mütləq idi ki, viza alsınlar. Bu hallara görə də tez tez gəlmək mümkün olmurdu. Ancaq bu addım həm iqtisadi, həm də turist əlaqələrinin genişlənməsinə səbəb olacaq. Bu da təbii ki, Azərbaycanın turizm sektorundakı gəlirlərinə böyük məbləğdə xeyiri olacaq”.

 

Jalə Mehdi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?