Modern.az

Azərbaycan yolları deputatları heyrətə gətirib: “Analoqu yoxdur”

Azərbaycan yolları deputatları heyrətə gətirib: “Analoqu yoxdur”

Parlament

26 İyul 2019, 14:29

Deyirlər ki, hər bir xalqın mədəniyyəti yoldan başlayır. Bu sözlərdə böyük həqiqət var. Yol həm iqtisadiyyat və həyat deməkdir. Yalnız bunu qeyd etmək kifayətdir ki, yolun rahat olması insanda xoş ovqat yaradır.

Bəs ölkəmizdə necə, mədəniyyətin bir qolu hesab olunan yollarda vəziyyət qənatbəxşdirmi? 

 

Məsələ ilə bağlı Modern.az deputatların münasibətini öyrənib.

 

Deputat Fəzail İbrahimli deyir ki,  Azərbaycanda hazırda dünyaya  nümunə ola biləcək bir yol sistemi yaranıb. 

 

“Sovet dönəmi, 90-cı illərlə müqayisədə ölkədə analoqu olmayan bir proses gedir. İndi at keçməyən yerlərə belə yol çəkilir. Məsələn Xınalıq vaxtı ilə insanlar üçün möcüzə adası idi. Lakin indi ora yüksək, beynəlxalq səviyyəli yol çəkilib.  Elə mənim yaşadığım kəndə çəkilən yolu götürək. Hansı ki, 4-5 nəsil olub ki, bu yolu arzulayıb dünyasını dəyişiblər. Cəlilabad-Yardımlı yolundan gedir söhbət. O yolda 80-dən çox kənd yerləşir və 40-50 min əhalisi var. Yol əvvələr həm də siyasi əhəmiyyət kəsb edən bir anlayış  idi.  Məsələn, cənubda yaşayan qardaşlarımız bizdəki yolları gedəndə Azərbaycandakı vəziyyətin necə olduğunu görürdülər. Əvvələr körpələrin dörddə biri yolda dünyasını dəyişirdi. Söhbət xəstəxanaya aparılan hamilə qadınlardan gedir. Qış vaxtı  xüsusilə rayon mərkəzlərinə çatmaq üçün yollar çox əlverişsiz idi.  Mən böyük yolları vurğulamıram, onlar onsuz da bütün dünyada tanınır.  Mən ölkədaxili yolları nəzərdə tuturam. Elə götürək Bakı-Astara magistral yolunu. Əvvəl bu yolu 8 saata gedirdik, indi isə 2 saata getmək mümkündür”.

 

Deputat Aqil Abbas qeyd edir ki, son illərdə Azərbaycan yollarında həqiqətən böyük işlər görülüb.

 

“Buradan Kürdəmirə 200 kilometrdir, lakin 2 saata həmin yolu getmək mümkündür. Əvvəl o yolu biz 4 saata gedirdik. Yaxud da Lerik, Astaraya əvvələr 4-5 saata getsək də indi 2 saata gedə bilirik. Hazırda dənizkənarı ilə Rusiya sərhədinə yol çəkilir və əsas diqqəti ora yönəldiblər.

Onu da deyim ki, nəzərdə tutulan yol pullu olacaq. Bir tək Qubadan qayıdan yolda problem var onu da ki, aradan qaldırırlar, işlər gedir. Qubadan qayıdış yollarının pis olmasının səbəbi isə qışın sərt keçməsi ilə əlaqədardır. 

 

Əvvələr Fizulinin deputatı olduğuma görə ora tez-tez gedirəm. Əvvəl  o yola 6 saat vaxtım  gedirdisə, indi həmin yolu 3 saat 20 dəqiqəyə gedirəm. Bildiyiniz kimi mən Ağcabədinin Bayat kəndindənəm. Dünən orada  oldum, çəkilişi məni çox razı saldı. Ümumulikdə çox böyük işlər görülür, bütün işlərdən də razıyam”.

 

Milli Məclisin deputatı Fəzail Ağamalı bildirir ki, Azərbaycanda yol infrastrukturu  yüksək səviyyədə qurulmaqdadır. 

 

“Bəzi istisnalar olur, bu da təbiidir. Çünki yol daimi olaraq istifadə olunur və müəyyən problemlər yarana bilir. Lakin həmin problemlər vaxtında aradan qaldırılır. Bütövlükdə son illər yol infrastrukturunun qurulması yeni mərhələdədir. Bu təkcə magistral yollarla məhdudlaşmır. Həm də yaşayış məntəqələri arasında, rayon mərkəzləri ilə kəndləri birləşdirən geniş xarakterli infrastruktur qurulmaqdadır. Bütün bu işlər ölkə prezidentinin həyata keçirmiş olduğu iqtisadi siyasətin  çox vacib tərkib hissəsidir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü