Modern.az

Suriyada 103 dinc sakin öldürülüb

Suriyada 103 dinc sakin öldürülüb

26 İyul 2019, 22:33

Suriya höküməti tərəfindən xəstəxanalara, məktəblərə və bazarlara edilən hava hücumları nəticəsində son 10 gün ərzində 103 dinc sakin öldürülüb.

Modern.az “amerikanınsesi”nə istinadən xəbər verir ki, ölənlərdən 26-sı uşaq olub.

“Bunlar mülki obyektlərdir və bu cür hücumların davamlı olmasını nəzarə alsaq, bunların təsadüfən vurulmaması ehtimalı yüksəkdir”,- deyə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Rupert Kolvill Cenevrədəki toplantıda deyib.

Məlumata görə,  hökümət aprel ayının axırında Suriyanın şimal-qərbində prezident Bəşər Əsəd qarşı olan üsyançıların son anklavına qarşı hücuma keçməklə atəşkəsi pozub.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü