Modern.az

Yayda qəzetlər: Baş redaktorlar hələ məzuniyyətə çıxmayıb

Yayda qəzetlər: Baş redaktorlar hələ məzuniyyətə çıxmayıb

Media

30 İyul 2019, 09:14

Yay tətilində mətbuat orqanları necə fəaliyyət göstərir? Redaksiya heyəti məzuniyyətə çıxırmı?

Modern.az saytı olaraq bununla bağlı bir neçə mətbuat orqanı ilə əlaqə saxladıq.

 

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev ümumiyyətlə tətilə çıxmaq barədə fikirlərinin olmadığını bildirib.

 

“ Yay ayı ilə əlaqədar işlərimizi məzuniyyətə buraxmışıq. Xəbər sayının azlığı ilə bağlı səhifələrin sayında bir qədər zəiflik özünü göstərir. Gündəlik xəbərlər çap olunur. Həftəsonu ədəbiyyatla bağlı əlavələr olur. Ancaq gəlirlilik və teatr əlavələrinə sentyabrın 1- nə kimi fasilə vermişik. Əvvəllər olub ki,qəzet olaraq 1 ay fəaliyyətinə fasilə vermişik. Ancaq indi yox, gündəlik qəzet kimi fəaliyyətdəyik”.

 

İşçilərə gəldikdə  isə, hər birinin iş təcrübəsinə uğun olaraq  iyul ayından fasilələrlə məzuniyyətə yollamışıq”- deyə İlham Quliyev sözlərinə əlavə edib”.

 

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  deyib ki, hələ özü  məzuniyyətə çıxmayıb.

 

“Düşünürəm ki, bir həftə də olsa məzuniyyətə çıxım. Qəzet isə həmişəki kimi öz fəaliyyətini davam etdirir. Əməkdaşlara gəldikdə isə məzuniyyətə ehtiyacı olan çıxır, eləsi olur ki, qışda məzuniyyət götürüb indi isə öz işindədir. Başqa qəzetlərlə müqayisədə biz məzuniyyətə getməyəcəyik.Hər il yay ayında da necə işləyiriksə, eləcə də davam edirik.

 

“Ədalət” qəzetinin baş redaktor müavini Əbülfət Mədətoğlu yay tətili ilə bağlı iyul ayının 1- dən iş planı qurulduğunu söyləyib.

 

“Qəzetdə xəbərlər isə həftədə 3 dəfə oxuculara təqdim olunur.Bunun da səbəbi isə həm hava , həm də işçilərin çoxunun məzuniyyətə getməsidir. Artıq bir aya yaxındır ki, biz bu qrafiklə fəaliyyət göstəririk”.

 

Jalə MEHDİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır