Modern.az

Fransanın ən ali ordenini alan Azərbaycanın dövlət xadimləri - SİYAHI

Fransanın ən ali ordenini alan Azərbaycanın dövlət xadimləri - SİYAHI

Mədəni̇yyət

30 İyul 2019, 12:03

Ötən gün Azərbaycanın Baş naziri Novruz Məmmədov Fransa Prezidentinin fərmanı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib. Baş nazirə ordeni Fransanın Bakıda səfərdə olan İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer hökumət adından təqdim edib.

 

Fransız dilinin, ədəbiyyatının peşəkar tədqiqatçısı olan N.Məmmədov bu ali mükafata Azərbaycan-Fransa əməkdaşlığına verdiyi töhfəyə görə layiq görülüb.

Modern.az Fransanın “Şərəf legionu” ordeni ilə təltif edilən Azərbaycanın dövlət xadimlərinin siyahısını hazırlayıb.

 

Siyahıya ölkə başçısı Prezident İlham Əliyevlə başlayaq. O, Fransa-Azərbaycan əlaqələrinə ən yüksək xidmətlərinə görə ordenin "Böyük xaç kavaleri" dərəcəsinə layiq görülüb.

 

Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da Fransa Respublikası Prezidentinin sərəncamı ilə “Şərəf Legionu” ordenini ilə təltif edilib. Birinci xanım zabit dərəcəsinə layiq görülüb.

 

Sabiq baş nazir Artur Rəsizadə də Fransa tərəfindən dəyərləndirilən dövlət xadimi kimi tarixə düşüb. A. Rasizadə “Şərəf Legionu” ordeninin kavaleridir.

 

Mərhum energetika naziri Natiq Əliyev də Fransanın "Milli Fəxri Legion” ordeninə layiq görülən dövlət xadimlərindən biridir.

 

Xüsusilə qeyd etməliyik ki, baş nazir Novruz Məmmədov 1998-ci ildə də Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə bu dövlət tərəfindən təltif edilib. Baş nazir o zamankı prezident Jak Şirakın fərmanı ilə Fransanın “Fəxri Legion” ordeninə layiq görülüb. Beləliklə, Novruz Məmmədov iki dəfə Fransa ordenini alan azərbaycanlı kimi tarixə düşüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər