Modern.az

Arvadını güllələyən keçmiş prezident müşavirinə edam cəzası

Arvadını güllələyən keçmiş prezident müşavirinə edam cəzası

Dünya

30 İyul 2019, 14:52

Tehranın keçmiş meri və İran prezidentinin keçmiş müşaviri Məhəmməd Əli Nəcəfi arvadını güllələdiyi üçün edam cəzasına məhkum edilib.

 

Virtualaz.org “Mehr” agentliyinə istinadla xəbər verir ki, Nəcəfinin barəsində edam cəzasının kəsilməsi haqda İranın məhkəmə orqanlarının rəsmi nümayəndəsi Qulamhüseyn Esmaili bildirib.

 

Onun dediyinə görə Nəcəfinin barəsində şəriət qanunları ilə hökm çıxarılıb. Şəriət qanunları adam öldürməyə görə edam cəzasını-qisası nəzərdə tutur.

 

Məhəmməd Əli Nəcəfi arvadı Mitra Nəcəfini  bu ilin may ayında Tehranın elit rayonundakı mənzilində öldürmüşdü. O, polisə könüllü təslim olub. İfadəsində deyib ki, arvadını ailə problemlərinə görə qətlə yetirib.

 

Nəcəfi 2017-2018-ci illərdə Tehran meri olub. Daha sonra  isə prezidentin müşaviri vəzifəsini tuturdu. O, İran prezidenti Həsən Ruhaniyə yaxın siyasi fiqurlardan hesab edilirdi. Mitra Nəcəfi siyasətçinin ikinci arvadı olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır