Modern.az

Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başa çatdı

Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başa çatdı

Təhsil

31 İyul 2019, 00:16

Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi başa çatıb.

Modern.az  xəbər verir ki, boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodu seçib.

Qeyd edək ki, boş yerlərə ixtisas seçimi iyulun 23-dən başlayıb. Bu il ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunan (o cümlədən qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçməyən) bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir