Modern.az

Jurnalist övladları xarici universitetlərə qəbul olundular - SİYAHI

Jurnalist övladları xarici universitetlərə qəbul olundular - SİYAHI

Media

31 İyul 2019, 11:41

Azərbaycanda ali məktəblərə qəbul kampaniyasının qaynar çağıdır. Hazırda qəbul imtahanlarını uğurla vermiş abituriyentlər ixtisas seçimi edirlər. Avqustun 6-da yekunlaşacaq ixtisas seçiminin nəticəsi bir müddət sonra açıqlanacaq və kimin hara qəbul olunduğu müəyyənləşəcək.

Bu il ali məktəblərə imtahan vermiş abituriyentlər arasında xeyli jurnalist övladı da var. Hətta onlardan bir qisminin artıq tələbə adını qazandığı da bəllidir. Söhbət Azərbaycandan kənarda təhsil almaq istəyən jurnalist övladlarından gedir.  

Azərbaycanda ali məktəblərə qəbul olunanların adları hələ açıqlanmasa da, qardaş Türkiyədə universitetlər yeni tələbələrinin siyahsınını bir-birinin ardınca elan edir.

Belə görünür ki, bu il Türkiyəyə təhsil almağa yollanacaq gənclər arasında azərbaycanlı jurnalistlərin övladları da olacaq.


Modern.az saytı onlardan bəzilərinin adlarını diqqətinizə çatdırır.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və xanımı – jurnalist Məlahət Zeynallı övladları Türkiyə universitetlərinə qəbul olunan xoşbəxt valideynlərdəndir. Jurnalist cütlüyün hər iki qızı qardaş ölkədə təhsil alacaq. Zeynallılar ailəsinin böyük qızı Selcan İstanbul Universitetinin ictimaiyyətlə əlaqələr fakültəsinə qəbul olunub. Onun bacısı Banu İstanbul Universitetində tibb fakültəsini qazanıb.


Real TV-nin əməkdaşı Ləman Ələşrəfqızı da bu günlərdə sevincini həmkarları ilə bölüşməkdədir. Jurnalistin oğlu Rəsul İsmayılov Türkiyədəki bir neçə universitetin tələbəsi adını qazanıb. Bunların arasında Bülent Ecevit Universiteti, 19 Mayıs Universiteti kimi ali təhsil ocaqları var. Jurnalistin dediyindən belə məlum olur ki, onların seçimi 19 Mayıs Universiteti olacaq.

“Yeni Azərbaycan” qəzetinin redaktoru Nadir İsmayılovun (Azəri) qızı - Bakı Atatürk Litseyinin məzunu Şəmsiyyə İsmayıllı da Türkiyə universitetlərinə qəbul imtahanlarından alnıaçıq çıxıb. Şəmsiyyə Pamukkale, Ərziyəs, İstanbul universitetlərinin  tələbəsi adını qazanıb. İsmayılovlar ailəsi qızlarının ali təhsili üçün həmin universitetlərdən birini seçiblər. Belə ki, Şəmsiyyə Dənizli şəhərindəki Pamukkale Universitetində Türkiyə dövlətinin bursu hesabına - ödənişsiz ali təhsil alacaq.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı da oğlunun Türkiyədə təhsil almaq imkanı qazanmasına sevinir. Baş redaktorun ən kiçik övladı  Abduləzim 19 Mayıs Universitetinin tibb fakültəsini qazanıb.

“Kaspi” qəzetinin əməkdaşı Azər Nuriyevin də oğlundan yaxşı xəbər var. Həmkarımızın övladı Anar Türkiyənin Uludağ Universitetinin tələbəsi adını qazanıb.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə əməkdaşı Rəşad Hüseynov və xanımı - BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologoya üzrə fəlsəfə doktoru Xatirə Hüseynova qızlarının xaricə təhsil almağa göndərəcək növbəti jurnalist cütlüyüdür. Jurnalist ailəsinin qız övladı Avstriya, Azərbaycan, Almaniya, Çexiya, Hollandiya və Macarıstan universitetlərinə verdiyi qəbul imtahanlarında uğur qazansa da, yekun seçim birinci ölkə olub. Böyük ehtimalla Bikəxanım Vyana İqtisadiyyat və Biznes Universitetində (Avstriya) təhsil alacaq.

Bu arada “Sputnik Azərbaycan” Agentliyinin redaktoru Səlim Əzizoğlunun da övladı barədə sevindirici xəbər var. Həmkarımızın oğlu yüksək balla Azərbaycan-Fransız Universitetinin (UFAZ) Kompüter mühəndisliyi ixtisasına qəbul olunub.

 

Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Tofiq Yusifovun oğlu Fuad Yusifov da xaricdə təhsil alacaq.
F.Yusifov Almaniyanın Koblents-Landau Universetinin Kompüter mühəndəsliyi və proqramçılıq fakültəsində magistr təhsili alacaq.


Müstəqil jurnalist-yazar Arzu Soltanın oğlu İntiqam Həsənli də Türkiyədə ali təhsil alacaq. O, Eskişehirdəki Osman Qazi Universitetinin fizika bölümünə qəbul olunub.

                                                                                       

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür