Modern.az

Bakı funikulyorundan istifadə edənlərlə nağd hesablaşma - Qəbz niyə verilmir?

Bakı funikulyorundan istifadə edənlərlə nağd hesablaşma - Qəbz niyə verilmir?

Ölkə

31 İyul 2019, 12:50

Bakı şəhərinin əsas simvollarından biri sayılan funikulyordan istifadə edənlərə qəbz verilmir.

 

Orijinal nəqliyyat vasitəsinin xidmətlərindən yararlanmış Modern.az-ın əməkdaşı ərazidə kassa aparatının yoxluğunu, qəbzin verilmədiyini və s. şahidi olub.

Halbuki qanunvericiliyin tələblərinə uyğun olaraq ərazidə kassa apartı quraşdırılmalıdır. İstər əcnəbi turistlər, istərsə də yerli sakinlər funiklyordan istifadəyə görə nağd ödəniş edirlər.

 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Modern.az-a verdiyi cavabı da qanedici saymaq olmaz.

“Funikulyordan istifadənin ödəniş məbləğini Tarif Şurası müəyyənləşdirir. Bu yaxınlarda funikulyorun ödənişi kartla həyata keçiriləcək. Hazırda isə ödəniş nağd pulla aparılır və qəbz istəyən şəxslərə verilir. Funiklyorda qəbz aparatı var”.

 

Xatırladaq ki, hazırda funikulyordan istifadəyə görə 1 manat ödəniş etmək lazımdır. 2012-ci ildə əsaslı təmirə qədər Bakı funikulyorundan istifadə haqqı 20 qəpik, təmirdən sonrakı 4 il isə pulsuz olub. 2016-cı ildə qiymət 50 qəpiyə qaldırılmışdı.  

 

Nuranə DAXİLQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər