Modern.az

“Azərbaycan Dəmir Yolları”na yeni mətbuat katibi təyin olundu

“Azərbaycan Dəmir Yolları”na yeni mətbuat katibi təyin olundu

Media

31 İyul 2019, 21:03

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində bu gün keçirilən kollegiya iclasında cari məsələlərlə yanaşı təşkilatı məsələlərə də baxılıb.

Qurumdan Modern.az-a verilən məlumata görə, aparılan yeni struktur və kadr islahatları nəticəsində Cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək onun əvəzinə Mətbuat katibliyi şöbəsi yaradılıb:

"Cəmiyyətin sədri Cavid Qubanovun müvafiq əmri ilə Natəvan Qənaət qızı Bayramova  Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin olunub".

Qeyd edək ki, Natəvan Qənaət qızı Bayramova 1984-cü ildə anadan olub. 2001-ci ildə Əzizibəyov rayonu 234 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib və elə həmin ildə də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. 2005-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib. 2008-2010-cu illərdə BDU-nun Jurnalistika fakültəsində magistr təhsili alıb.

2005-ci ildən 2018-ci ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində müxtəlif vəzifələrdə çalışıb. İndiyədək ictimai əsaslarla İctimai Teleradio Yayım Şurasının katibidir.

2018-ci ildən bu günədək Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də İnzibati işlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ailəlidir, iki övladı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü