Modern.az

Ziyalılar Forumunun üzvünü döydülər

Ziyalılar Forumunun üzvünü döydülər

Dünya

1 Fevral 2012, 19:56

“İnam” Plüralizm Mərkəzinin sədri Vahid Qazi hücuma məruz qalıb. “Media forum” saytı xəbər verir ki, hadisə fevralın 1-də baş verib.

Azərbaycan Ziyalılar Forumunun yazıçı, kino xadimi Rüstəm İbrahimbəyovun İçərişəhərdəki evində keçirilən toplantısından çıxan Vahid Qazi Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin yaxınlığından keçərkən qəfildən bir naməlum şəxs ona hücum çəkib.
“Media forum”a açıqlamasında Vahid Qazi bildirib ki, hücumçular iki nəfər olublar. Digəri bir az aralıda, Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin tinində durub gəlib-gedənin olub-olmadığını güdürmüş.
Hücum edən şəxs Vahid Qazinin sinəsindən tutaraq onu divara çırpıb, dizi ilə onun qarnından zərbələr endirib: “Mən özümü qorumağa çalışdım və haray saldım. Bunu görüb qaçdılar. Onların dilindən mən yalnız bir söz eşitdim, onu da rus dilində. Həmin biədəb sözü təxminən “qudurmusan”, “həddini aşmısan” kimi tərcümə etmək olar”.
Vahid Qazi qeyd edib ki, o, Ziyalılar Forumunun toplantısında əvvəllər də iştirak edib. Fevralın 1-də keçirilən toplantıda Vahid Qazi çıxış etməyib. Amma fasilədə forumdan canlı reportaj yayan “Azadlıq” radiosuna açıqlama verib. Açıqlamasında Vahid Qazi bildirib ki, neft yeraltı sərvətdirsə, gənclik də yerüstü sərvətdir və hər ikisinin də taleyi, gələcəyi qaranlıq, qeyri-müəyyəndir.
Azərbaycan Ziyalılar Forumunun fevralın 1-də keçirilən toplantısında gənclərin sosial problemləri müzakirə olunub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır