Modern.az

ABŞ Qarabağ separatçılarına nə üçün pul ayırır? – Politoloq səbəbləri AÇIQLADI

ABŞ Qarabağ separatçılarına nə üçün pul ayırır? – Politoloq səbəbləri AÇIQLADI

1 Avqust 2019, 15:33

ABŞ Konqresi Ermənistana 2020-ci ildə əlavə 40 milyon dollar vəsaitin ayrılması barədə qərar verib. Həmin pulun ölkədə demokratik islahatlara ayrılması nəzərdə tutulub. Qanunverici orqan Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma “Qarabağ respublikası”nda da bir neçə milyon dollar ayırmağı planlaşdırır.

Bəs ABŞ rəhbərliyi niyə Qarabağ separatçılarına yardım ayırır? Bu erməni lobbisinin fəaliyyəti yaxud Konqresin yanlış siyasətinin nəticəsidir?  

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analtik Elxan Şahinoğlu Modern.az-a açıqlamasında bildirib ki, ABŞ-ın Qarabağ deyil, Ermənistana 45 milyon dollar vəsait ayırması qeyri-adi məsələ deyil.

“ABŞ Konqresi il ərzində müxtəlif dövlətlərə maliyyə vəsaiti ayırır. Həmçinin Azərbaycana da müəyyən məbləğdə vəsait ayrılır. Gələn xəbərlərə görə hətta Azərbaycan üçün sərhədlərin möhkəmləndirilməsi məqsədi ilə 600 milyon dollar məbləğ ayrılıb. Hər il Ermənistana da, Azərbaycana və digər ölkələrdə də pul ayrılır. Əksinə, Ermənistana ayrılan məbləğdə azalma var. Hətta çox təəssüf ki, Konqres Dağlıq Qarabağ separatçılarına pul ayırır”.

 

Qarabağa maliyyə yardımına gəlincə, Elxan Şahinoğlu ABŞ-ın qondarma rejimə pul ayırmasını da qətiyyətlə pisləyib.

 “ABŞ niyə yalnız Dağlıq Qarabağ separatçılarına vəsait ayırır?! Dünyanın heç bir separatçı ölkəsinə vəsait ayrılmır. Bu da Erməni lobbisinin fəaliyyəti ilə əlaqədardır. Bəli, Ermənistan müstəqillik qazandıqdan bu yana ABŞ Ermənistana 2 milyard dollara yaxın pul ayırıb. Və bu il nəzərdə tutulan 45 milyon dollar vəsait tam olaraq nə zaman ayrılacaq, bu pul ünvana nə zaman çatacaq dəqiq bilinmir. Elə bundan nəticə çıxararaq ABŞ-ın birmənalı Ermənistana dəstək verdiyini söyləmək mümkündür. Bəli, Konqresdə erməni lobbisinin mövqeləri güclüdür. Amma Amerika yalnız Konqresdən ibarət deyil, Dövlət Departamenti, prezident, Ağ Ev adminstrasiyası var ki, bunlar da Konqresin qərarlarını korrektə etmək səlahiyyətlərinə malikdirlər”.

 

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ermənistana və Qarabağ separatçılarına gələn il maliyyə yardmının ayırlması ilə bağlı qərarın tam təsdiq olunmadığını söyləyib.

 

“Bu qərar təsdiq olunmayıb, gələn il üçün edilmiş bir plandı. Prosses hələ davam edir, amma bəli, müəyyən miqdarda ermənilərə yardım göstərilir. Belə deyək, bu Paşinyanın yeni siyasətinə dəstək üçün təşkil olunan bir məsələdir”.

 

Nuranə DAXİLQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir