Modern.az

“MANPASI” və “Avtostop”verilişləri  İctimai Radioda səslənəcək

“MANPASI” və “Avtostop”verilişləri  İctimai Radioda səslənəcək

1 Avqust 2019, 16:08

Sentyabrdan hər iki veriliş İctimai Radio efirindən səslənəcək

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Modern.az-a verilən məlumata görə, ölkənin iki ən populyar verilişi cari ilin sentyabrın 2-dən "İctimai Radio"da səslənəcək. "MANPASI" səhər şousunu yenə də DJ Fateh və Rəvan Bağırov, "Avtostop"u isə Tural Yusifov aparacaq. Verilişlərin efir vaxtında da dəyişiklik edilməyəcək.

 

Yeni mövsümdəki digər dəyişikliklərdən bəhs edən İctimai Radionun direktoru, DJ Fateh onu da bildirib ki, 2019/2020 mövsümündə efirdə daha 4 yeni veriliş və 10-a yaxın fərqli rubrika səslənəcək. Bu, əsasən, təhsil, fərdi inkişaf və biznes mövzusunda verilişlər, o cümlədən, hüquq sahəsində konsultativ diskussiyalar olacaq. Eyni zamanda, milli musiqi və azərbaycan dili bu mövsümdə də İctimai Radio üçün məzmun istehsalında prioritet mövzular olaraq qalacaq.

 

Ölkənin iki ən populyar verilişinin bir radioda efirə çıxacağını şərh edən Fateh, nəhayət ki, dinləyicilərin arzularını həyata keçirdiklərini qeyd edib.

 

Xatırladaq ki, son 7 ildə "MANPASI" səhər şousu "Media FM", "Avtostop" verilişi isə "Azad Azərbaycan" radiolarının ən populyar verilişləri olublar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir