Modern.az

Bu ölkədə 6,5 bal gücündə zəlzələ oldu

Bu ölkədə 6,5 bal gücündə zəlzələ oldu

2 Avqust 2019, 00:16

Çili sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Santa-Krus şəhərindən 102 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!