Modern.az

Putin Moskvada gürcü əsgərinə abidə qoyacaq

Putin Moskvada gürcü əsgərinə abidə qoyacaq

22 Dekabr 2009, 19:35

Rusiyanın baş naziri Vladimir Putin Kutaisidə Böyük Vətən Müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış və bir neçə gün əvvəl dağıdılmış “Şöhrət” abidəsinin Moskvada inşa olunacağını deyib. Modern.az-ın “İnterfaks” a istinadən yaydığı məlumata görə, Putin bu barədə hökumətin Rəyasət Heyətinin bugünkü iclasında deyib. Onun sözlərinə görə, Moskva hakimiyyəti  “Şöhrət” abidəsinin Rusiya paytaxtında bərpası üçün layiqli yer tapacaq. Baş nazir qeyd edib ki, Böyük Vətən Müharibəsində həlak olmuş əsgərlərin abidəsi bərpa olunacaq. İclasda Putin abidənin dağıdılmasını keçmiş SSRİ xalqlarının tarixi yaddaşından ümumi keçmişin, qəhrəmanlıq keçmişinin unutdurmağın növbəti cəhdi adlandırıb.  Putin mütəxəssislərə istinadən dağıdılmış abidəni qiymətli bədii əsər kimi qiymətləndirib. “Moskva nə vaxtsa bizim ümumi dövlətimizin paytaxtı olub və bu abidənin paytaxtda bərpasını mümkün hesab edirəm”deyən Putin əlavə edib ki, “Allaha şükür ki, abidənin müəllifi Tbilisidə yaşayır və bizim mütəxəssislər də ona kömək edə bilər”.  Putin ümid etdiyini bildirib ki, onun təklifi həm Rusiya, həm də Gürcüstan ictimaiyyətində dəstəklənəcək. “Əminəm ki, kifayət qədər adamlar tapılacaq ki, öz vəsaitlərini Moskvada Bətən Müharibəsində  həlak olmuş və eləcə də bizim ümumi vətənimizi müdafiə etmiş gürcülərə abidə qoyulmasına sərf edəcəklər”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi