Modern.az

Azərbaycanda ilk dəfə insan öldürən qarayara xəstəliyi ilə bağlı son vəziyyət...

Azərbaycanda ilk dəfə insan öldürən qarayara xəstəliyi ilə bağlı son vəziyyət...

Ölkə

2 Avqust 2019, 12:03

Son zamanlar hər il ərzində 5-6 baş heyvanda qarayara xəstəliyi aşkarlanıb. Bu xəstəliklər peyvənddən yayınan heyvanlarda baş verib".

 

Modern.az xəbər verir ki, bunu Kənd Təsmərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.

Onun sözlərinə görə, heyvan kəsilən zaman qan laxtalanmırsa, qarayaradan şübhələnmək lazımdır. "Bu xəstəlik kənardan gələn heyvanlarda müşahidə olunur. Onlar da nəzarətə götürülür, peyvəndlənir. Qarayara xəstəliyi ilə bağlı insan ölümün olmasıma təəssüflənirik".

 

R.Salmanov bildirib ki, qarayara xəstəliyi təkcə heyvanlardan yox, torpaqdan da yoluxur: "İnsanlar zamanında profilaktik peyvəndləmə aparılmalıdır ki, belə xəstəlik olmasın. Qaraya xəstəliyi torpaqda 80-100 il ərzində qala bilir. Heyvanların da qarayaraya yoluxması əsasən yaz və payız aylarında olur. Yazda heyvan örüş-otlaq sahəsinə gedəndə ot az çıxır, otlayan zaman torpaqla daha çox təmasda olur. Heyvanda da hansısa cızıq olanda qarayaraya yoluxma ehtimalı daha tez olur. Ancaq heyvan peyvəndlənmiş olsa, ona qarayara virusunu iynə ilə vursan da, heyvan qarayaraya yoluxmur".

 

Xatırladaq ki, iyulun 29-da Azərbaycanda qaraqara xəstəliyindən ilk insan ölümü faktı qeydə alınmışdı.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir