Modern.az

Bakıda zəncirvari qəza – Ölən və yaralananlar var - YENİLƏNİB

Bakıda zəncirvari qəza – Ölən və yaralananlar var - YENİLƏNİB

2 Avqust 2019, 13:12

 

Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus qəzası ilə bağlı məlumat yayıb.

BNA-dan Modern.az-a verilən məlumata görə, R.Rüstəmov küçəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib:

“Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən “Opel” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 Dövləq Qeydiyyat Nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib. 
Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır”.

***

Saat 12:53

Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik maşını toqquşub.

 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb 1 nəfər ölüb:

“Yaralılar 3 saylı xəstəxanaya çatdırılıb. Vəziyyətləri orta-ağırdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi