Modern.az

Fazil Mustafa Şah İsmayıldan nə istəyir? – Tarixçilər QƏZƏBLƏNDİ

Fazil Mustafa Şah İsmayıldan nə istəyir? – Tarixçilər QƏZƏBLƏNDİ

Mədəni̇yyət

2 Avqust 2019, 16:58

Son zamanlar Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkələrdə tarixi şəxsiyyət Şah İsmayıl Xətai ilə bağlı yazdığı statuslarla gündəmə gəlib. Belə ki, o, yazdığı son statusunda “Şah İsmayıl Xətai” ordeninin ləğv edilməsini tələb edib və bu, bir çox narazılıqlara səbəb olub.

 

Deputat Fazil Mustafanın fikirlərindən belə nəticə çıxarmaq olar ki, o, Şah İsmayıl Xətaini tarixi şəxsiyyət kimi tanımır.

Fazil Mustafanın bu fikirləri onun həmkarları tərəfindən iradla qarşılanıb. Fərəc Quliyev və Fəzail Ağamalı Fazil Mustafanı qərəzlilikdə ittiham edib, onu öz tarixini bilməməkdə günahlandırıblar.

Bəs, deputatın Şah İsmayıl haqqında fikirlərini tarixçilər necə qarşlıayır?

 

Bakı Dövlət Universitetinin BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz Modern.az-a açıqlamasında bu fikirlərə mənfi münasibət bəslədiyini qeyd etdi.

“Ş.İ.Xətai Səfəvi dövlətinin qurucusu və xalqımızın fəxr edə biləcəyi dövlət xadimi, şairlərdən biri olub. Bütövlükdə 32( bəzi mənbələrdə 33) türk tayfasını birləşdirib, böyük əraziləri fəth edərək Səfəvi dövlətini quran şəxsiyyətin adı ilə bağlı olan ordeni nəinki, ləğv etmək, əksinə onun daha geniş təbliğ edilməsi və layiq olduğu qiymətin gənc nəsillərə çatdırılması lazımdır. Eyni zamanda qeyd edim ki, bəzən Səfəviləri Osmanlılarla qarşılaşdırmaq, Səfəvilərin dövründə dövlətin yaranmasında əsas ideoloji amil olan “qızılbaşlığ”ı İslama və bütövlükdə şiəliyə qarşı qoymağın özü də böyük yanlışdır. Hesab edirəm ki, bu qızılbaş ideologiyasının mahiyyətini dərindən bilməməkdən irəli gəlir”.

 

Boran Əziz  Azərbaycan Səfəvi dövlətinin onun qurucusu olan Xətaiyə nəinki, paytaxtımız Bakıda, həmçinin digər şəhərlərimizdə də heykəl ucaldılması təklifini də irəli dürüb.

 

BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov:

“Bu necə ola bilər axı? Göydə günəşi görüb, deyə bilərsiniz ki, günəş yoxdur? Bu mümkün deyil. Fazil bəy bizim sahəyə müdaxilə edib, biz də onun sahəsinə müdaxilə edək. Bir filosofun sözləri yadıma düşdü. O, yazırdı ki, mənim hisslərimdən kənarda dünya mövcud deyil. Əslində təbiidir, hər kəsin bir baxış bucağı var. Amma mənim bir tarixçi kimi baxışım budur ki, vahid Azərbaycan dövlətinin yaranmasında, milli kimliyimizin formalaşmasında, Azərbaycan sözünün etnonimdən çıxıb, politonim formasına düşməsində Ş.İ.Xətainin xidmətləri misilsizdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir