Modern.az

Ticarət Mərkəzində qətliam: 10 ölü, 30 yaralı - YENİLƏNİB

Ticarət Mərkəzində qətliam: 10 ölü, 30 yaralı - YENİLƏNİB

Dünya

4 Avqust 2019, 00:04

ABŞ-ın Texas ştatında baş verən atışmada 10 nəfər ölüb.

Modern.az  "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı daha 30 nəfər yaralanıb. 

Qeyd edək ki, El Paso şəhərində yerləşən “Walmart” ticarət mərkəzində insanlara atəş açılıb.

El Paso şəhərinin polisi ticarət mərkəzində atəş açan şəxslərdən birinin həbs edildiyini açıqlayıb. Polisin bildirdiyinə görə, silahlı şəxslər bir neçə nəfər olub.

CNN-nin verdiyi məlumata görə, baş verən silahlı insidentlə bağlı artıq üç nəfər saxlanılıb.

 

***

 

ABŞ-da növbəti dəfə silahlı insident olub.

Modern.az xəbər verir ki, hadisə Texas ştatında qeydə alınıb.

Məlumata görə, hadisə ticarət mərkəzlərin birində baş verib.

Belə ki, naməlum şəxs insanlara atəş açıb.

Xəsarət alanlarla bağlı dəqiq məlumat yoxdur. Polis hadisə yerinə cəlb olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!