Modern.az

Türkiyədə 41 polis həbs edildi

Türkiyədə 41 polis həbs edildi

4 Avqust 2019, 00:26

Türkiyənin hüquq-mühafizə orqanları 19 şəhərdə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçiriblər.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adana vilayət prokurorluğunun, daxili işlər, terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ üzvü olmaqda şübhəli bilinən 41 polis əməkdaşı saxlanılıb.

Onların FETÖ ilə ordudakı təmsilçiləri arasında əlaqə yaradan “təşkilatın imamları” ilə xüsusi xəbərləşmə sistemi vasitəsilə mütəmadi olaraq əlaqə saxladıqları ehtimal olunur.

Əməliyyat zamanı digər şəhərlərdə saxlanılan şəxslər də Adanaya gətirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü