Modern.az

Sabahın hava proqnozu: Soyuq daha da güclənəcək

Sabahın hava proqnozu: Soyuq daha da güclənəcək

2 Fevral 2012, 16:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 3-də qar yağacağı, gündüz yağıntıda qısa müddətə fasilə olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək, günün ikinci yarısında zəifləyəcək. 
Havanın temperaturu gecə 4-7 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında fevralın 3-də qar yağacağı, gecə bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Gündüz qərb rayonlarında tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. 
Havanın temperaturu gecə 4-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoz: Şaxtalı hava şəraitinin davam etməsi meteohəssas insanlar üçün əlverişsizdir. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı